ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin yaxın vaxtlarda ABŞ-a səfər edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə "Financial Times” məlumat yayıb.
Bildirilir ki, Trampın Vaşinqtonda Con Kennedi adına İfaçılıq Mərkəzinə səfəri zamanı deyib: O (Si Cinpin), – red.) yaxın vaxtlarda gələcək”.
Nəşr qeyd edir ki, Ağ Ev Vaşinqton və Pekinin sammit görüşü ilə bağlı danışıqlara başlayıb-başlamadığını şərh etmək istəyinə cavab verməyib. Çinin Vaşinqtondakı səfirliyi isə şərh verməkdən imtina edib.
Eyni zamanda, vəziyyətlə tanış olan FT mənbəsi belə bir görüşlə bağlı heç bir müzakirənin olmadığını bildirib./publika.az