İran: İstənilən təcavüz aktının ciddi nəticələri olacaq


İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ prezidenti Donald Trampın Yəmənlə bağlı Tehrana qarşı ittihamlarını və təhdidlərini rədd edib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ rəsmilərinin, xüsusilə də Trampın Tehrana qarşı “ehtiyatsız və təxribatçı” bəyanatlarını qətiyyətlə rədd edir və pislədiklərini bildirib.

O, Trampın təhdidləri ilə bağlı deyib: “İstənilən aqressiv hərəkətin dəhşətli nəticələri olacaq və ABŞ buna görə tam məsuliyyət daşıyacaq”.

Məktubda ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumları bu ölkənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması, sülh və sabitliyə təhdid kimi qiymətləndirilib və Təhlükəsizlik Şurasından ABŞ-ın hücum və təhdidlərinə qarşı lazımı addımları atmağa çağırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ