ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair sazişin tərkib hissəsi kimi Krımın Rusiya ərazisi kimi rəsmi tanınmasını nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, bu barədə Semafor portalı mənbələrə istinadən məlumat yayıb .
Onun sözlərinə görə, Amerika administrasiyasının nümayəndələri də BMT-ni analoji addım atmağa çağırmağın mümkünlüyünü müzakirə edirlər.
Qeyd olunur ki, Tramp hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.
Daha əvvəl “The Globe and Mail” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, ABŞ-ın Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına dair təkliflərinə Rusiya Federasiyası üçün bir sıra yeni ərazilərin tanınması, habelə Ukraynanın təbii sərvətlərinin satışından milyardlarla dollar gəlir əldə etmək hüquqlarının Vaşinqtona verilməsi daxildir.
Aytən Yaşar/ Turkustan.az