Türkiyə Ermənistan qarşısında bu şərti qoydu


Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Ömər Çelik bildirib ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetirildikdən sonra Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesini sürətləndirəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Ömər Çelik izah edib ki, söhbət Ermənistan Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk Qrupunun buraxılmasından gedir.

O, “əslində artıq mövcud olmayan və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verməyən” Minsk Qrupunun rəsmən ləğvinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatması Cənubi Qafqaz üçün mühüm mərhələdir.

Qeyd edək ki, martın 13-də Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri sülh haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı bəyanat yayıblar. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ