Kallas: Rusiya Ukrayna ilə sülh danışıqlarında maraqlı deyil


Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiyanın Ukraynada sülhün əldə olunmasını istəmədiyini ifadə edib.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.

Kallas görüşdə Ukraynaya dəstək, Yaxın Şərqdə baş verən hadisələr və ABŞ ilə münasibətlərin müzakirə edildiyini, Kiyevə 40 milyard avro dəyərində müdafiə yardımı edilməsinə Aİ daxilində geniş dəstəyin olduğunu bildirib.

Yardım paketi ilə bağlı müzakirələrin davam etdiyini qeyd edən Kallas: "Ümid edirəm ki, həqiqətən də irəliləyiş əldə edə bilərik, çünki masada oturanların hamısı anlayır ki, biz indi qətiyyətimizi nümayiş etdirməli və Ukraynaya dəstək verməliyik ki, onlar özlərini müdafiə edə bilsinlər"-deyə, bildirib.

Kallas keçən həftə ABŞ rəsmiləri ilə keçirdiyi görüşlərdə Rusiyanın görülməsi mümkün olan fərqli elementlər və nəzərə alınması lazım olan məqamlarla bağlı narahatlıqlarını çatdırdığını bildirib: "Ancaq indi gördüyümüz kimi, Rusiya danışıqlar masasına gəlmədiyi üçün hələlik danışıqlar masası yoxdur".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ