Rusiya prezidenti Vladimir Putin ABŞ-da yerləşən 683 Capital Partners fonduna Rusiya şirkətlərində bəzi Qərb qiymətli kağızlarını almağa icazə verib.
Turkustan.az xəbər verir ki, Rusiya şirkətlərində bəzi Qərb qiymətli kağızlarının satışı ilə bağlı Putinin təsdiq etdiyi fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.
Buna görə, 683 Capital Partners adlı fonda Rusiya şirkətlərində bəzi Qərb qiymətli kağızlarını almağa icazə verildi. Beləliklə, 683 Capital Partners bəzi ABŞ və Böyük Britaniya şirkətlərinin Rusiya qiymətli kağızlarını ala biləcək.
Putinin 2022-ci ilin avqustunda imzaladığı fərmanla Qərb şirkətlərinə Rusiya qiymətli kağızları ilə ticarət etmək qadağan edilib. Əməliyyatlar yalnız Rusiya hökumətinin xüsusi icazəsi ilə edilə bilər.
Aytən Yaşar/ Turkustan.az