Tramp: Daha da güclü şəkildə cavab verəcəyik


ABŞ prezidenti Donald Tramp husilərlə bağlı yeni açıqlama verib.

Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, qisas daha böyük güclə qarşılanacaq. Husilərə xəbərdarlıq edərkən İranın da məsuliyyət daşıyacağını və bunun nəticələrini çəkəcəyini bildirib.

İranın “günahsız qurban” rolunu oynadığını iddia edən Tramp, onun husilər üzərində təsirini itirmədiyini, əksinə husilərə silah yardımı etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ