Türkiyə hərbi kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı heç bir qərar verməyib.
Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti" Ankaradakı diplomatik mənbələrə istinadla məlumat verib.
“Bu məsələ ilə bağlı konkret heç nə, heç bir qərar yoxdur”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, Böyük Britaniya və Fransa öz qoşunlarını Ukraynada yerləşdirməyi planlaşdırır. Ölkə liderləri bu yolla Kiyevin təhlükəsizlik zəmanəti alacağını iddia edirlər.
Türkiyə tərəfi də qeyd edib ki, Ukraynada yerləşdiriləcək sülhməramlılara onların da qoşulması mümkün ola bilər.
Rusiyanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Kreml dəfələrlə Ukraynada hər hansı bir Avropa hərbi kontingentinin olmasına qarşı olduğunu bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Moskvaya hələ də qondarma sülhməramlıların Ukraynada konkret olaraq nə edəcəyi barədə məlumat verilməyib. /publika.az/