Husilərin hərbi sözçüsü Yəhya Seri verdiyi açıqlamada ABŞ-ın son bir neçə saat ərzində Yəmənə 47 hava hücumu təşkil etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Seri bu hücuma cavab olaraq həyata keçirildiyini ifadə etdiyi hücumla bağlı bu açıqlamaları verib:
“Biz ABŞ-ın təyyarədaşıyan USS Harry S. Truman və Qırmızı dənizin şimalındakı döyüş gəmilərini 18 ballistik və qanadlı raket və bir İHA ilə hədəf aldıq”.
Seri vurğulayıb ki, husilər Yəmənə hücuma cavab olaraq Qırmızı dəniz və Fars körfəzindəki bütün ABŞ hərbi gəmilərini hədəf almaqdan heç vaxt çəkinməyəcəklər.
Dəniz bölgəsindəki blokadanın yardım və əsas ehtiyacların Qəzza zolağına girməsinə icazə verilənə qədər davam edəcəyini bildirən Seri, İsrailə qarşı dəniz blokadası tətbiq etməyə və elan edilən əməliyyat bölgəsində İsrail gəmilərini blokadaya almağa davam edəcəklərinin vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az