Ukraynanın xarici işlər naziri Andrii Sybiha deyib ki, Rusiya ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs təklifini “aydın və qeyd-şərtsiz” qəbul etməlidir.
Turkustan.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazir Sybiha Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının onlayn iclasında iştirak edib.
Sybiha buradakı çıxışında avropalı həmkarlarını Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ukrayna-ABŞ görüşünün nəticələri barədə məlumatlandırıb.
Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün bir fürsətin ortaya çıxdığına diqqət çəkən Sybiha, Səudiyyə Ərəbistanındakı amerikalı həmkarlarımızla 8 saat tam olaraq bu mövzunu danışdıq, deyib.
ABŞ tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklif etdiyini və Ukraynanın bunu qəbul etdiyini xatırladan Sybiha bu açıqlamaları verib:
"Top indi tamamilə Rusiyanın meydanındadır. Ruslar bu suala aydın və qeyd-şərtsiz "hə" cavabını verməlidir. Ukrayna ABŞ-ın təklifini heç bir əlavə şərt olmadan qəbul etdi, Rusiya da heç bir əlavə şərt olmadan qəbul etməlidir. Ukrayna növbəti proses üçün danışıqlar qrupu yaradıb və bu, bizim ciddi niyyətimizi göstərir"-deyə, Sybiha çıxışında bildirib.
Aytən Yaşar/ Turkustan.az