Ukrayna Rusiyaya qarşı ritorikasını dəyişə bilər - DETALLAR


Kiyev sülh sazişi bağlamaq üçün Rusiyaya qarşı sanksiyaları yumşaltmağa razılaşıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Politico” Ukrayna hökumətindəki mənbələrinə istinadən yazır.

Nəşrin analitikləri onu da ehtimal edirlər ki, Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar son nəticədə Ukraynadakı münaqişə başa çatdıqdan sonra aradan qaldırıla bilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp artıq bildirib ki, Amerikanın Rusiyaya qarşı sanksiyalarının ləğvi istisna edilmir. Lakin Aİ Moskvaya qarşı əlavə məhdudiyyətlər qoymağa çağırır.

Məlumata görə, Ukrayna üzrə sülh sazişinin xeyrinə sanksiyalarının ləğvi mümkündür. Vladimir Zelenskinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk bildirib ki, bu və ya digər şəkildə Rusiya ilə iş görən ölkələrin geri qayıtması “sadəcə zaman məsələsidir”. /publika.az/


MANŞET XƏBƏRLƏRİ