Vitkoff: Qəzzalılar üçün bütün variantları araşdırırıq


ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff Qəzza xalqı üçün daha yaxşı həyat təmin edəcək bütün alternativləri araşdırdıqlarını söyləyib.

Turkustan.az xəbər verir ki, Witkoff CBS News-un "Face the Nation" proqramına müsahibə verib və burada cari məsələləri müzakirə edib.

Witkoff Qəzzadakı fələstinliləri zorla köçürmə planı haqqında deyib: "Biz Qəzza xalqı üçün daha yaxşı həyat təmin edəcək bütün alternativləri və variantları araşdırırıq".

Bildirək ki, ABŞ prezidenti Donald Tramp fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib ki, ABŞ Qəzza zolağının ələ keçəcək və ona sahib olacaq.

Tramp həmçinin fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarələrinin olmadığını iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ