“Ukrayna təhlükəsizlik zəmanəti müqabilində ərazilərini itirə bilər” – Trampın müşaviri


“Ukrayna müharibənin başa çatması ilə bağlı razılaşmanın bir hissəsi kimi gələcək təhlükəsizlik zəmanətləri və Ukraynanın gələcək statusu müqabilində ərazilərini itirə bilər”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “ABC News” kanalına müsahibəsində deyib.

Aparıcı tərəfindən müharibəni bitirmək üçün razılaşmanın mümkün konturları və müqavilənin Ukraynanın “əsasən Rusiyadan olan insanların yaşadığı” ərazilərini itirməsi ilə bağlı olub-olmaması barədə suala cavabında Uolts deyib ki, söhbət 2022-ci ildə müzakirə olunan gələcək saziş elementlərindən gedir.

Uolts təhlükəsizlik təminatlarının nədən ibarət olduğunu aıqlamayıb lakin o, Tramp administrasiyasının Ukraynanın NATO-ya daxil olmasının çox çətin olduğu barədə mövqeyini xatırladıb.

“Rusiya Ukraynanı işğal etsə də, bu, Rusiyanın Ukraynanın şərqində və Krımda ərazi qazanacağı anlamına gəlirmi?” sualına isə o, belə cavab verib:“Biz özümüzə sual verməliyik ki, bu, bizim milli maraqlarımıza uyğundur, yoxsa realdırmı. Bu barədə həm avropalılarla, həm də ukraynalılarla danışdıq. Biz hər bir rusu Ukrayna ərazisinin hər qarışından, o cümlədən Krımdan qovacağıq?”. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ