Ukrayna Rusiyanın tələblərindən imtina etdi - Qırmızı xətlərini açıqladılar


Ukrayna ərazilərin itirilməsini rəsmən tanımaq, NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etmək və silahlı qüvvələrini məhdudlaşdırmaq niyyətində deyil.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

“Birincisi, Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalını heç vaxt tanımayacaq. İkincisi, heç kim Ukraynanın bu və ya digər ittifaqa üzvlüyünü qadağan edə bilməz - iostər Avropa İttifaqı, istərsə də NATO olsun. Üçüncüsü, Ukraynanın müdafiə qabiliyyətinə, ordumuzun gücünə, imkanlarımıza heç bir məhdudiyyət ola bilməz”, - o, mümkün sülh danışıqları zamanı Ukraynanın qırmızı xətləri ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

Xatırladaq ki, sözügedən tələblər müharibənin dayandırılması üçün Rusiya tərəfindən irəli sürülüb. /teleqraf.az/


MANŞET XƏBƏRLƏRİ