ABŞ bu ölkə ilə hərbi təlimlərə başladı


Cənubi Koreya ordusundan verilən açıqlamada, davam edən “Azadlıq Qalxanı 2025” təliminin bir hissəsi olan təlimin paytaxt Seuldan təxminən 30 kilometr şimalda yerləşən Paju bölgəsindəki hərbi təlim bölgəsində keçirildiyi bildirilib.

Turkustan.az xəbər verir ki, açıqlamada deyilir ki, təlim Cənubi Koreya və ABŞ əsgərlərinə “Şimali Koreyanın yeraltı hərbi obyektləri və tunel şəbəkəsi” mövzusunda keçmək üçün nəzərdə tutulub.

Pxenyanın hərbi obyektlərini gizlətmək və hava zərbələrindən qorunmaq üçün mürəkkəb tunellər şəbəkəsindən istifadə etdiyi düşünülür.

Şimali Koreya Xarici İşlər Nazirliyi birgə hərbi təlimi pisləyib və bunu təhlükəli təxribat xarakterli hərəkət kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ