Saakaşviliyə daha bir hökm oxundu: 4,5 il


Bu gün Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq.

Turkustan.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Məlumata görə, siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, martın 12-də Tiflis məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib./axar.az


MANŞET XƏBƏRLƏRİ