Kreml Ukraynaya qarşı aqressiv niyyətini dəyişməyib, ona görə də sülh bağlanandan sonra Avropa Kiyevə öz zəmanətlərini verməlidir.
Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron bu zəmanətlərin dörd əsas məqamını da qeyd edib:
“Aydındır ki, ukraynalılar təhlükəsizlik zəmanəti olmadan heç bir halda ərazi güzəştlərinə gedə bilməzlər. Təhlükəsizlik təminatına etimad göstərmək üçün Parisdə Avropa və müttəfiq orduların bütün Baş Qərargah rəislərinin iştirakı ilə mühüm görüş keçirdik.
Avropanın Ukrayna üçün təhlükəsizlik təminatı:
1. Silahların tədarükü və onların cari ehtiyaclara uyğunlaşdırılması;
2. Yeni mümkün Rusiya işğalına müqavimət göstərmək qabiliyyətinə malik olması üçün Ukrayna ordusunun ümumi modernləşdirilməsinə köməklik;
3. “Ertəsi gün” Ukraynada Avropa koalisiyasının yerləşdirilməsi (Makron üçüncü bənddə bir qədər qeyri-müəyyən şəkildə danışıb, yəqin ki, “sülh sazişinin ertəsi gününü” nəzərdə tutub);
4. Avropa müdafiəsinin gücləndirilməsi. Bu digər Avropa ölkələrinin təhlükəsizliyinə də zəmanət verəcək”