Avstraliya Ukraynaya qoşun göndərir


Avstraliya Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Entoni Albaneze məlumat verib.

Onun sözlərinə görə, sülhməramlı qüvvələrin göndərilməsi Avstraliyanın milli maraqlarına uyğundur: “Avro-Atlantikada baş verənlərin Hind-Sakit okean regionu üçün ciddi fəsadları var. Avstraliya Ukrayna ilə bağlı sülhməramlı səylərdə iştirak etmək üçün istənilən müraciətə baxmağa açıqdır”.

Hökumət başçısı xatırladıb ki, rəsmi Kanberra indiyə qədər Kiyevə yardım və Ukrayna ordusuna təlim keçmək üçün 1,5 milyard Avstraliya dolları (950 milyon dollar) göndərib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ