Vatikan aylardır xəstəxanada olan Papanın fotosunu paylaşdı - FOTO


Vatikan fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə bir aydan çoxdur Roma Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın vəziyyəti ilə bağlı foto və bəzi məlumatlar paylaşıb.

Turkustan.az xəbər verir ki, Mətbuat Ofisi tərəfindən paylaşılan fotoda Papa Fransisk xəstəxananın 10-cu mərtəbəsindəki otağının yaxınlığındakı kilsədə bazar günü üçün dua edərkən görünür.

Sözügedən şəkil fevralın 14-dən xəstəxanada olan Papanın paylaşılan ilk fotosudur.

Vatikan Mətbuat İdarəsi də Papanın vəziyyətinin stabil olduğunu, fiziki müalicə və tənəffüs fizioterapiyasının davam etdiyini bildirən məlumat paylaşıb.

Bildirilib ki, Papa gününü namaz qılmaqla, dincəlmək və bəzi işlər görməklə keçirib.

Katoliklərin ruhani liderindən bu günə qədər heç bir görüntünün paylaşılmaması sosial mediada bəzi fərziyyələrə səbəb olub.

Vatikan bir aydan çoxdur xəstəxanada olan Papanın ilk fotosunu paylaşıb

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ