Maskın Ağ Evdəki gizli missiyası: Trampdan istəkləri olacaq


ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın gizli missiyası açıqlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin keçmiş yüksək vəzifəli məmuru Con Bolton “The Sun”a müsahibəsində danışıb.

O bildirib ki, iş adamı ABŞ Prezidenti Donald Trampın “qoruyucu qalxanı”dır:

“Mask prezidentə ünvanlanan tənqidlərin əksəriyyətini öz üzərinə götürür. O, gələcəkdə bu rolundan istifadə edə bilər. Tramp nə vaxtsa Maskın əvəzində nələrsə tələb edəcəyini anlayacaq. Söhbətin nədən ibarət olduğunu deyə bilmərəm. Amma mövzu təkcə puldan getməyəcək”.

Bolton həmçinin xatırladıb ki, amerikalı milyarderin şirkəti “SpaceX” artıq Pentaqon və NASA ilə böyük müqavilələrə malikdir:

“Onun başqa hansı imtiyazlara sahib olub-olmayacağı ilə bağlı heç bir məlumatım yoxdur”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ