“Rusiya yeni atəşkəs tələbləri irəli sürüb”.
Turkustan.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putin ukraynalılar və avropalılar üçün qəbuledilməz olacağı gözlənilən atəşkəs üçün maksimalist tələblər səsləndirib”, – deyə nəşr Qərb təhlükəsizlik rəsmilərinə istinadən bildirib.
Məlumata görə, Rusiya mümkün müvəqqəti sülh sazişi ərəfəsində öz mövqelərini möhkəmləndirməyə çalışır.
Qeyd edək ki, Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə keçirdiyi mətbuat konfransında Ukrayna və ABŞ-ın 30 günlük müvəqqəti atəşkəs təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb. O deyib ki, Rusiya atəşkəsi müzakirə etməyə yalnız uzunmüddətli sülhə nail olmaq və münaqişənin səbəblərini aradan qaldırmaq şərti ilə hazırdır./Globalinfo.az