SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir


ABŞ və Britaniya qüvvələrinin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər həlak olub.

Bu barədə “Al Mayadeen” telekanalına husilərin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

“ABŞ və Böyük Britaniyanın zərbələrinin nəticəsində doqquz ölü, doqquz yaralı var”, - Anis əl-Əsbahi qeyd edib.

Qeyd edək ki, qısa müddət öncə Amerika lideri Donald Tramp ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verdiyini açıqlayıb.


MANŞET XƏBƏRLƏRİ