Trampdan ƏMR: ABŞ ordusu irimiqyaslı hücuma başladı


ABŞ hava və dəniz qüvvələrinin husilərin hədəflərini vurduğu bildirilir.

Turkustan.az xəbər verir ki, “New York Times” qəzetinin ABŞ rəsmilərinə və Yəmən mətbuatına istinadən verdiyi məlumata görə, husilərə qarşı 10-dan çox hücum həyata keçirilib və bu əmr ABŞ prezidenti Donald Trampdan gəlib.

Hücumlarda radar və hava hücumundan müdafiə sistemləri ilə yanaşı raket sistemləri də hədəf alınıb.

ABŞ rəsmilərinin fikrincə, hücum İrana qarşı bir mesaj idi və Donald Trampın ikinci dönəmində ən əhəmiyyətli hərbi müdaxilə idi.

Tramp sosial media platformasında verdiyi açıqlamada husilərə müraciət edib. O, açıqlamasında bu ifadələrə yer verib:

"Husilər, vaxtınız bitdi, hücumlarınız dayanmalıdır, əgər dayanmasa, cəhənnəm sizin üzərinizə yağacaq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ