Zelenski Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ilk addımların atılması üçün qətiyyətli tədbirlərin görülməli olduğunu bəyan edib və bu kontekstdə Rusiyaya qarşı sanksiyaların artırılmasına çağırıb.

Turkustan.az xəbər verir ki, Zelenski X hesabından verdiyi yazılı açıqlamada, dünya liderlərinin Ukrayna məsələsini müzakirə etdiyi İngiltərənin ev sahibliyi etdiyi onlayn görüşün açılışında danışdığını bildirib.

Rusiyanın sülh yolunda addımlar atmalı olduğunu vurğulayan Zelenski dünya liderlərini Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb.

"Müharibənin dayandırılması istiqamətində ən azı ilk addımların atılması üçün qəti tədbirlər görülməlidir. Buraya sanksiyalar da daxildir"-deyə, Zelenski bildirib.

Zelenski ABŞ və Rusiya rəsmiləri arasında Moskvada keçirilən atəşkəs görüşündə nəyin müzakirə olunduğunu dəqiq bilmədiyini, lakin Rusiyanın prosesi uzatmaqla Ukraynanı çətin vəziyyətə salmaq istədiyini bildirib.

Avropa silahlı qüvvələrinin yaradılması ilə bağlı fikirlərini təkrarlayan Zelenski deyib ki, Putinin Ukraynada xarici hərbi birləşmələrin yerləşdirilməsi ilə bağlı qərar vermək hüququ yoxdur.

Zelenski qeyd edib ki, üç il ərzində Ukraynanın və bütün Avropanın müdafiə qabiliyyətini gücləndirmək mümkün olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ