Zelenski: Ukrayna 150 milyard avroya çıxış əldə edəcək


Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna Avropa İttifaqının müdafiə qabiliyyətinin gücləndirilməsinə ayırmağı planlaşdırdığı 150 milyard avroya çıxış əldə edəcək.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna dövlət başçısı brifinqdə deyib.

“Mən Avropa İttifaqına, Avropa Şurasının prezidenti Antonio Kostaya, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə ciddi qərarlarına görə çox minnətdaram. Tezliklə Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xərcləyəcəyi 150 milyarda avroya çıxış əldə edəcəyik"-deyə, Zelenski bildirib.

“Mən həqiqətən ümid edirəm ki, bu, tezliklə həyata keçiriləcək. Buna görə Avropa İttifaqına minnətdaram”,

Bildirək ki, fevralın 18-də Avropa liderləri Parisdə keçirilən görüş zamanı yekdilliklə müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ