ABŞ prezidenti Donald Tramp Bayden administrasiyası dövründə qanundan sui-istifadə olunduğunu iddia edib. O, baş verən haqsızlıqlara və sui-istifadələrə görə tam cavabdehlik tələb edəcəyini deyib.
Turkustan.az xəbər verir ki, Baydenə uduzduğu 2020-ci il seçkilərinin saxtalaşdırıldığı iddiasını təkrarlayan Tramp, “Bizə bunu edənlər həbsə olunmalıdır” sözlərini dilə gətirib.
Tramp çıxışı zamanı Co Bayden administrasiyasını və ona qarşı çıxan dövlət rəsmilərini hədəfə alıb.
“Amerika ədalət tarixində qürurverici yeni bir səhifəyə başlayarkən, biz başqa bir dövrü geridə qoyuruq”, – deyə Tramp vurğulayıb.