Bu sual Hakan Fidanı öncə düşündürüb, sonra güldürdü - VİDEO


Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin meydanda əsas aktyor olub-olmadığı sualına gülərək cavab verib.

Turkustan.az xəbər verir ki, o, əvvəl düşündürüb, sonra güldürən suala belə cavab verib: "Maraqlarınızı müəyyənləşdirirsiniz və bu marağı reallaşdırmaq sizin üçün vacibdir. Günün sonunda bizim üçün önəmli olan qarşıya qoyduğumuz hədəflərin reallaşmasıdır".

Gündəmlə bağlı qiymətləndirmələr edən Fidan Türkiyənin beynəlxalq arenadakı fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Fidan bəzi anlayışlara yenidən baxılması lazım olduğunu vurğulayıb. Türkiyənin öz maraqlarını müəyyənləşdirməyə və bu maraqları meydanda həyata keçirməyə diqqət yetirdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ