Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Kurskda ukraynalı əsgərlərə aman vermək çağırışına cavab verib.
Turkustan.az xəbər verir ki, Putin Kurskla bağlı açıqlamasında bildirib ki, "Biz zəmanət veririk ki, onlar təslim olsalar, həyatları xilas olacaq. Trampın çağırışının həyata keçirilməsi üçün Kiyev Kurskdakı əsgərlərə təslim olma əmri verməlidir"-deyə, Putin bildirib.
Digər tərəfdən, Putin Tramp və komandasının Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılması üçün əllərindən gələni etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az