Tramp yenə Putinlə danışdı: Söhbətimiz yaxşı keçdi, ümid var


ABŞ prezidenti Donald Tramp dünən Rusiya prezidenti Vladimir Putinlə danışdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp son dərəcə yaxşı və məhsuldar görüş olduğunu və Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün çox yaxşı şansın olduğunu bildirib.

“Dünən Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar danışıqlarım oldu və bu dəhşətli, qanlı müharibənin nəhayət sona çatması üçün çox yaxşı şans var”, - deyə Tramp “Truth Social” hesabında yazıb və əlavə edib ki, o, Putindən “tamamilə mühasirəyə alınmış” Ukrayna qoşunlarının həyatını xilas etməyi xahiş edib.

Rusiya qüvvələri başladıqları əməliyyatlarla Ukrayna qoşunlarını Kursk bölgəsindən geri çəkilməyə məcbur edir. Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının son bir həftə ərzində Rusiya ərazisinə daxil olan Kursk vilayətində 29 yaşayış məntəqəsini geri aldığını açıqlayıb.

ABŞ diplomatik heyəti Ukrayna və ABŞ-ın razılaşdığı atəşkəs layihəsini Rusiya nümayəndə heyətinə təqdim etmək üçün dünən Moskvaya gedib.

Ağ Ev Trampın paylaşımından sonra açıqlama verərək, "Görüşü aparan şəxs ABŞ səfiri Witkoff idi. Tramp Putinlə danışmadı"-deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ