NATO-dan Ukrayna ilə bağlı addım: Trampın istəyi reallaşdı


“Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsi artıq nəzərdən keçirilmir”.

Turkustan.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “Blomberq TV”yə müsahibəsində bildirib.

Baş katib “ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya daxil olması məsələsini danışıqlar masasından çıxarıbmı”, sualına müsbət cavab verərək, “Bəli” deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ lideri Donald Tramp Ağ Evdə Mark Rutte ilə görüşüb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ