HƏMAS: 4 məhbusun qalıqları və 1 əsgər İsrailə qaytarılacaq


HƏMAS atəşkəs vasitəçilərinin təklifinə cavab olaraq Qəzzada əsir saxlanılan biri diri, dördü ölü olan beş ABŞ-İsrail vətəndaşını təhvil verəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, HƏMAS verdiyi açıqlamada dünən vasitəçi ölkələr Misir və Qətərdən danışıqların yenidən başlaması təklifinin alındığını və bunun müsbət qiymətləndirildiyini bildirib.

Bəyanatda HƏMAS-ın atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlara başlamağa hazır olduğu vurğulanıb və İsraili atəşkəs razılaşmasına tam əməl etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ