Saytlar təhlükədə - NƏ BAŞ VERİR?


Google-un son alqoritm dəyişiklikləri Türkiyədəki müstəqil xəbər saytlarının trafikində ciddi azalmaya səbəb olub.

Turkustan.az xəbər verir ki, 2025-ci ilin yanvar ayından etibarən tətbiq edilən bu yeniləmələr T24, Medyascope, Diken və BirGün kimi müstəqil media qurumlarının Google-un "Discover" və "News" alətlərindən gələn ziyarətçi sayında kəskin enişə səbəb olub. Bu vəziyyət həmin saytların maliyyə dayanıqlılığına mənfi təsir edərək bəzilərinin bağlanmaq riskini artırıb.

Müstəqil media qurumları bu dəyişikliklərin ictimaiyyətin xəbərlərə çıxışını məhdudlaşdırdığını bildirərək, yerli və beynəlxalq hüquqi addımlar atacaqlarını açıqlayıblar. Google sözçüsü isə edilən dəyişikliklərin xüsusi olaraq bəzi saytları hədəf almadığını və məqsədin axtarış təcrübəsini yaxşılaşdırmaq olduğunu bildirib. /Lent.az/


MANŞET XƏBƏRLƏRİ