Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin atəşkəs təklifi ilə bağlı bəyanatlarını dəyərləndirib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, “Putin atəşkəsi rədd etməyə hazırlaşır”. Əlavə edib ki, Putin öz fikrini birbaşa ABŞ prezidenti Donald Trampa bildirməkdən çəkinir.
Zelenski bəyanatında bu sözləri deyib:
"Bu gün eşitdiklərimiz olduqca proqnozlaşdırıla bilən idi. Ruslara müharibə lazımdır. Putin bizdən sülh illərini oğurladı. Biz ona təzyiq etməliyik. Biz sülh üçün heç bir şərt qoymuruq, amma Rusiya dayanır. Putin Trampa müharibəni davam etdirmək və ukraynalıları öldürmək istədiyini söyləməkdən qorxur".
Biz sülh istəyən hər kəsin yanındayıq. Rusiyaya sülh üçün təzyiq etməyə görə ABŞ və Avropa tərəfdaşlarımızla işləməyə davam edəcəyik”.
Aytən Yaşar/ Turkustan.az