Belarus ordusu “Oreşnik”lə silahlanır – Qərb NARAHATDIR


Rusiyanın “Oreşnik” kompleksi tezliklə Belarus ordusunun silahlanmasına daxil ediləcək.

Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizə taktiki nüvə silahı verilib. Tezliklə Belarus ordusunun silahlanmasına ən yeni hipersəs silah kompleksi “Oreşnik” daxil olacaq”, – deyə Belarus lideri Federasiya Şurasında çıxışı zamanı bildirib.

Lukaşenkonun sözlərinə görə, bu raket üçün buraxılış qurğusu Belarusda istehsal olunur.

“Minsk bir neçə raketin alınmasına ümid edir, buraxılış qurğularını isə özümüz hazırlayacağıq”, – deyə o vurğulayıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ