Trüdonun kanadalılara son mesajı: Tək xahişim budur ki...


10 ilə yaxın Kanadanın baş naziri vəzifəsini icra edən və artan narazılıq səbəbindən istefa verən Castin Trudeau vəzifəsinin son günündə kanadalılara vida mesajını paylaşıb.

Turkustan.az xəbər verir ki, Trüdo sosial şəbəkədə, "Hey Kanada, son bir şey" adlı video paylaşıb. "Mən fəxr edirəm ki, haqqın tərəfdarı olan, hər fürsətdə ayağa qalxan, hər zaman bir-birinin arxasınca duran insanlarla dolu bir ölkəyə xidmət etmişəm"-deyə, bildirib.

"Bu ofisdəki son günüm ola bilər, amma mən həmişə cəsarətli və üzr istəməyən bir kanadalı olacağam. Tək xahişim budur ki, dünya sizə nə edirsə etsin, siz həmişə eyni olun".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ