Paşinyan Konstitusiya məsələsində bu qərarı verəcək - Martirosyan


“Ermənistanın hakim siyasi qüvvəsi Qarabağ məsələsini bağlamaq qərarına gəlib”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Artur Martirosyan deyib.

“Ermənistan tərəfi Qarabağ məsələsini bağlamağa razılaşıb. Azərbaycan tərəfi də məhz bunu tələb edirdi. Beynəlxalq məhkəmələrdəki iddialara gəlincə, onu deyim ki, Nikol Paşinyan Praqada Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını elan edəndə bəyanatın dərhal nəticələri oldu. Danışıqlar baxımından o, Azərbaycan tərəfinin alternativini gücləndirdi. Bu, təbii ki, daha çox Azərbaycanın maraqlarına uyğun qərar idi. Erməni yanaşması tamamilə dəyişib, bizim hakim siyasi qüvvəmiz Qarabağ məsələsini bağlamaq qərarına gəlib”, – Martirosyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın son tələbi Konstitusiyaya dəyişiklikdir:

“Cənab Paşinyan deyir ki, hər zaman Konstitusiyanın dəyişdirilməsi ilə bağlı söhbətlər olub, amma 7 il ərzində heç nə edilməyib. İndi də Azərbaycan tərəfi bunu tələb edir və əminəm ki, onların təqdim etdikləri dəyişikliklər Azərbaycan tərəfinin tələblərinə tam uyğun olacaq”, – Martirosyan vurğulayıb. /KONKRET.az/


MANŞET XƏBƏRLƏRİ