ABŞ Prezidenti Donald Tramp Moskvanın xahişi ilə Keyt Kelloqu Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsindən uzaqlaşdırıb.
Turkustan.az xəbər verir ki, bu barədə “NBC Nyus” mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin onu çox “ukraynapərəst” hesab edib.
Nəşrin iddiasına görə, Keyt Kelloq Səudiyyə Ərəbistanında həm Rusiya, həm də Ukrayna nümayəndə heyətləri ilə son danışıqlarda iştirak etməyib, baxmayaraq ki, bu məsələlər onun səlahiyyətlərinə daxildir.
“Kelloq – ABŞ-ın keçmiş generalıdır, Ukraynaya çox yaxındır. O, bizə uyğun adam deyil, axtardığımız səviyyədə deyil”, - deyə nəşr rusiyalı rəsmidən sitat gətirib. /axar.az/