Rusiya Silahlı Qüvvələri ilə Ukrayna silahlı qüvvələrinin təmas xəttində vəziyyət sürətlə Rusiyanın xeyrinə dəyişir.
Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlardan sonra deyib.
"Yerdəki vəziyyətə gəlincə, bu, sürətlə dəyişir. Dünən hesabat zamanı "Sever" qrupunun komandiri və onun müavini mənə dedilər: "Sabah Sudja bizim əlimizdə olacaq." Məhz belə oldu", - Putin Sudjanın azad edilməsinə görə rus döyüşçülərinə ayrıca təşəkkür edib.
Aytən Yaşar/ Turkustan.az