Rusiya hərbi əməliyyatları dayandırmaq təkliflərini qəbul edir, lakin bu atəşkəs uzunmüddətli sülhə gətirib çıxarmalı və Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmalıdır.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
"Biz döyüşləri dayandırmaq təklifləri ilə razıyıq, lakin bu addım uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın ilkin səbəblərini aradan qaldırmalıdır", – deyə Putin vurğulayıb.
Qeyd edək ki,martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüşün nəticələrinə dair yayılan birgə bəyanata görə, Ukrayna ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəsi qəbul etməyə hazırdır. Bunun əvəzində Vaşinqton dərhal Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinə qoyulan məhdudiyyəti ləğv edəcək və hərbi yardımı bərpa edəcək. /musavat.com/