TƏCİLİ: Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqə yollandı


Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Gülər ​​və MİT direktoru Kalın Suriya prezidenti Şara ilə görüşmək üçün Dəməşqə gedib.

Turkustan.az xəbər verir ki, görüş SDF ilə Suriya administrasiyası arasında imzalanan razılaşmadan sonra keçirilir.

Suriya hökuməti bu yaxınlarda YPG/PKK-nın siyasi qanadı olan SDG ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, SDF-nin dövlət qurumlarına daxil edilməsi qərara alınıb.

Müqavilənin 2025-ci ilin sonuna kimi qüvvəyə minməsi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ