Həmas Qəzzada atəşkəs razılaşması ilə bağlı vasitəçi ölkələrlə danışıqların Dohada müsbət şəkildə davam etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, HƏMAS sözçüsü Hazem Qassim sosial mediada bildirib ki, HƏMAS atəşkəsin bütün mərhələlərinin həyata keçirilməsini təmin etmək üçün vasitəçilər ilə "müsbət və məsuliyyətli" danışıqlar aparır.
Qasim HƏMAS-ın hücumları dayandırmaq, İsrail ordusunu geri çəkmək və Qəzzanı yenidən qurmaq kimi Fələstin xalqının maraqlarına nail olmaq üçün çalışdığını bildirib .
İsrail dövlət televiziyası KAN Qətərin paytaxtı Dohada danışıqların "müsbət atmosferdə" davam etdiyini bildirib.
İsrail mediası Dohaya gedən İsrail heyətinin dünən geri qayıtmadığını, danışıqlarda irəliləyişin əldə olunduğuna işarə etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az