Şara müvəqqəti konstitusiya bəyannaməsini imzaladı


Suriya prezidenti Əhməd Şara müvəqqəti konstitusiyanın əsas müddəalarını əks etdirən bəyannaməni imzalayıb.

Turkustan.az xəbər verir ki, suriyalı hüquqşünaslar, politoloqlar, akademiklər və jurnalistlərdən ibarət komitə öz işini başa çatdıraraq müvəqqəti konstitusiya bəyannaməsini Şəraya təqdim edib.

Paytaxt Dəməşqin Xalq Sarayında keçirilən mərasimdə müvəqqəti konstitusiyanın hazırlanması komitəsinin üzvləri ilə yanaşı, Milli Dialoq Konfransının üzvləri, Suriya Alimlər Birliyinin sədri Usamə Rifai və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani də iştirak edib.

Mərasimdə çıxış edən suriyalı politoloq və müvəqqəti konstitusiyanı hazırlayan komitənin üzvü Dr. Əbdülhəmid əl Avak bəyannamə haqqında məlumat verdi.

Müvəqqəti konstitusiya bəyannaməsini qəbul edən və imzalayan Suriya prezidenti Əhməd Şara komitəyə təşəkkür edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ