Belarus hazırda “Oreshnik” üçün buraxılış qurğuları istehsal edir və Rusiya Federasiyasından raketləri gözləyir.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.
" Rusiya prezidenti Vladimir Vladimiroviç Putin onu araşdırdı - məlum oldu ki, raketdən əlavə,bu qurğular istehsal edilməlidir və biz bunu Belarusda edirik"- deyə, Lukaşenko bildirib.
"Biz artıq Oreshnik üçün nəzərdə tutulmuş bir neçə buraxılış qurğusunu bitiririk".
“Bizə böyük qardaşımızdan raket lazım olacaq”- deyə, Belarus lideri yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az