Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransı zamanı kövrəlib.
Turkustan.az xəbər verir ki, Zaxarova Kursk və Belqorod vilayətlərində Rusiya-Ukrayna münaqişəsi nəticəsində ölən və yaralanan uşaqların sayını təqdim edərkən göz yaşlarını saxlaya bilməyib.
“Son 10 il ərzində ən azı 1700 uşağın qanı ukraynalı silahlıların əlinə bulaşıb. Bunlar Kiyev rejimi üçün məzar daşına çevriləcək statistikadır…”, – XİN rəsmisi bildirib.
Zaxarovanın emosional davranışı dünya mediasında diqqət çəkib. /globalinfo.az/