ABŞ prezidenti Donald Tramp heç kimin fələstinliləri Qəzzadan deportasiya etmədiyini iddia edib.
Turkustan.az xəbər verir ki, Tramp İrlandiyanın baş naziri Maykl Martini Ağ Evdə qəbul edərkən mətbuata açıqlama verib.
Jurnalist Martindən “Prezident Trampın fələstinliləri Qəzzadan köçürmək planını onunla müzakirə edirsinizmi?” sualını verib. Tramp məsələyə müdaxilə edib və sualı belə cavablandırıb: "Heç kim fələstinliləri deportasiya etmir".
Tramp Qəzzanı deportasiya etmək planını açıqladıqdan sonra İsraildəki ifrat sağçı siyasətçilər tez-tez Qəzzalıların bölgədən deportasiyası çağırışları etməyə başladılar.
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich bildirib ki, Tramp Qəzzanı "təmizləmək" üçün bölgədən fələstinlilərin İordaniya, Misir və digər ərəb ölkələrinə deportasiyası təklifi üzərində işləyir.
Aytən Yaşar/ Turkustan.az