Husilərin lideri Əbdül-Malik əl-Husi verdiyi açıqlamada bu ərazilərdən keçməyə çalışan istənilən İsrail gəmisinin hədəf alınacağını bildirib.
Turkustan.az xəbər verir ki, Husi, İsrail gəmilərinin naviqasiyasını qadağan etmə addımının İsrailin Qəzzaya yardımların girməsinə mane olması və sərhəd qapılarını bağlaması və beləliklə də Fələstin xalqını ac qoyması səbəbindən atıldığını deyib.
Ərəb dünyasının fələstinlilərin məcburi köçkünləri ilə bağlı susqunluğunu və hərəkətsizliyini tənqid edən Husi bu vəziyyəti böyük günah və məsuliyyətdən yayınma kimi qiymətləndirib.
O,həmçinin əlavə edib ki, İsrailin təcavüzkar addımları ABŞ-ın dəstəyi, ərəb və İslam dünyasının hərəkətsizliyi ilə həyata keçirilib.
İsrailin xarici işlər naziri Gideon Saar dünən deyib ki, Yəməndə İranın dəstəklədiyi husilər ciddi regional və qlobal təhlükə yaradır.
Martın 2-də İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamada, baş nazir Benyamin Netanyahunun Qəzza zolağına bütün humanitar yardımların daxil olmasını dayandırmağa qərar verdiyi açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az