Kreml ABŞ-ın Ukrayna ilə bağlı tələblərini şərh etməkdən imtina edir


Kreml Rusiyanın ABŞ-a Ukraynada müharibənin dayandırılması ilə bağlı tələblər siyahısını təqdim edib-etməməsi ilə bağlı şərh verməkdən imtina edib.

Turkustan.az xəbər verir ki, məsələ ilə tanış olan iki nəfər "Reuters"-ə bildirib ki, Rusiya və Amerika rəsmiləri son üç həftə ərzində üzbəüz və virtual görüşlərdə Moskvanın şərtlərini müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın ABŞ və Ukrayna arasında razılaşdırılmış atəşkəs layihəsinin Rusiyaya təqdim edilməsi ilə bağlı ABŞ-la danışmağa hazır olduğunu və təmasların bu gün baş tutacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ