Zelenski: Rusiyanın ABŞ-Ukrayna münasibətlərini gərginləşdirmək planı iflasa uğradı


Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna görüşündə qəbul edilən qərarları dəyərləndirib.

Turkustan.az xəbər verir ki, görüşdən ortaya çıxan atəşkəs təklifindən tutmuş Rusiyanın ABŞ-Ukrayna münasibətlərindəki roluna qədər bir çox mövzuda açıqlamalar verən Zelenski, sülhə hazır olduqlarını və bu mövzuda ciddi olduğunu dilə gətirib.

Görüşdə bütün mühüm məsələlərin müzakirə edildiyini, ABŞ-Ukrayna görüşünün Rusiyanın məqsədini puça çıxardığını bildirən Zelenski, "Səudiyyə Ərəbistanı görüşü Rusiyanın Ukrayna ilə ABŞ arasında gərginliyi artırma planını alt-üst etdi. Əksinə, gərginlik azalır" dedi. ABŞ tərəfinin Ukraynanın sülhə nail olmaq istəyini görməsini istədiyini deyən Zelenski, Rusiyanın da müharibəni bitirməyə hazır olub-olmadığını göstərməli olduğunu vurğulayıb.

ABŞ prezidenti Donald Tramp son açıqlamalarında atəşkəslə bağlı qərarın artıq Rusiyaya aid olduğunu vurğulayaraq, müsbət addım atmayacağı təqdirdə Rusiyaya təzyiq edilib-edilməyəcəyi sualına isə “Bəli, amma ümid edirəm ki, buna ehtiyac olmayacaq” cavabını verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ