Xameneidən Trampa: Hərbi hücumdan ən çox siz zərər görərsiz!


İran lideri Ayətullah Əli Xamenei ABŞ-ın hazırkı administrasiyası ilə danışıqların nəticə verməyəcəyini və sanksiyaların ləğvinə səbəb olmayacağını bildirib.

Turkustan.az xəbər verir ki, Xamenei paytaxt Tehrandakı iqamətgahında ölkənin hər yerindən gələn tələbə qrupları ilə görüşüb.

ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlara çağırışına toxunan Xamneyi deyib: “Bu, “biz danışıqlara hazırıq və danışıqlar aparmaq və sülh əldə etmək istəyirik, lakin İran bunu etmək istəmir” anlamına gəlir”.

Trampın birinci səlahiyyət müddətində ölkəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) təsdiq etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxardığını xatırladan Xamenei deyib:

"Bəs İran niyə danışıqlara hazır deyil? Özünüzdən soruşun! Biz bir neçə il oturub danışıqlar apardıq, sonra eyni adam bitmiş, başa çatmış və imzalanmış danışıqları masadan götürüb cırıb qopardı. Bunun nəticə verməyəcəyini bildiyimiz halda biz nə danışacağıq? ABŞ-ın hazırkı administrasiyası ilə danışıqlar təkcə sanksiyaların götürülməsinə gətirib çıxarmayacaq, hətta sanksiyaları daha da gücləndirməyəcək".

Trampın hərbi hücum təhdidləri ilə bağlı İran lideri "Hərbi hücumla hədələyir. Bu, rasional deyil, çünki müharibə birtərəfli ola bilməz" deyib.

İranın "cavab vermək gücünə sahib olduğunu və istənilən hücuma mütləq cavab verəcəyini" deyən Xamenei, "Amerikalılar və onların ünsürləri səhv edərsə, bundan ən çox zərər çəkən özləri olacaq. Təbii ki, müharibə yaxşı bir şey deyil və biz müharibə axtarmırıq"-deyərək, fikrini yekunlaşdırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ