Almaniya XİN G7 ölkələrini Putinə qarşı birləşməyə çağırıb


Almaniyanın xarici işlər naziri Annalena Baerbok G7 ölkələrini Rusiya prezidenti Vladimir Putinə qarşı birləşməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Baerbok G7 Xarici İşlər Nazirləri Toplantısı üçün Kanadaya getməzdən əvvəl verdiyi yazılı açıqlamada G7 ölkələrinin xarici işlər nazirlərinin fikir mübadiləsi aparmasının vacib və zəruri olduğunu bildirib.

Baerbok qeyd edib ki, Putinin Ukraynada müharibə məqsədlərinə çata bilməməsi ilk növbədə ukraynalıların cəsarəti və G7 ölkələrinin dəstəyi ilə bağlıdır: "Sülhə gedən yol güc və birlikdən keçir. Bu, Putinin anladığı dildir".

O, bildirib ki, G7 ölkələri əməkdaşlığın sabitlik və təhlükəsizlik gətirdiyinə dair aydın mesaj göndəriblər.

Bu kontekstdə avropalıların güclü və etibarlı tərəfdaş olduğunu vurğulayan alman nazir, "Gələcəkdə Avropada təhlükəsizliyimiz və müdafiəmiz üçün daha çox işlər görəcəyik" dedi.

Yeni bir "qəddarlıq dövrünün" başladığını ifadə edən Baerbok, "Dünyada dəyərlərimizi paylaşmayan, sülh istəməyən, yalnız güclülərin haqqına inanan insanların birliyimizi və qayda-qanunlu nizamımızı qoruyub saxlaya bilməyəcəyimizi diqqətlə izlədiyi bir dövr"-deyə, bildirib.

G7-nin əsas rola sahib olduğunu ifadə edən nazir, "Fikir ayrılıqlarımız ola bilər, amma son nəticədə çağımızın mərkəzi təhlükəsizlik problemlərinə cavab tapıb tapa bilməyəcəyimizə görə mühakimə olunacaq"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ